UEFA daha bir turniri təxirə salıb.
Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu koronavirus pandemiyasına görə Estoniyada keçirilməli olan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları qeyri-müəyyən müddətədək təxirə salıb.
Çempionatın yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək. Yarış 21 may-6 iyun tarixləri arasında keçirilməli idi.
Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını, Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə oynanılması planlaşdırılan matçlarını təxirə salıb. Həmçinin "AVRO-2020"nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol