Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, buna koronavirus pandemiyasına görə AUF-un maliyyə problemləri ilə üzləşməsi səbəb olub. 73 yaşlı mütəxəssislə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi. Onun rəhbərliyi altında komanda Amerika kuboku-2011-in qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol