Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge” "Bohum”u qəbul edib. Futbolçumuzun komandası 1:2 hesabıyla yenilib.
Nazarov start heyətdə meydana çıxıb və 90+4-cü dəqiqədə əvəzlənib. Aue təmsilçisinin yeganə qolunu 90+5-ci dəqiqədə Nazarovun əvəzinə "döyüşə atılan" Nyeqos Kupusoviç vurub. Millimizin üzvü isə 73-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, 32 turdan sonra 41 xala malik "Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol