09:06 13.07.2020 1358

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

"Təklif ciddi olduğu üçün buranı seçdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu". 

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Derbyderbyderby" nəşrinə açıqlamasında deyib. 

64 yaşlı mütəxəssis gələcək barədə düşüncəsi olan və futbol baxımından böyüyən ölkəyə getdiyini bildirib. İtaliyalı baş məşqçi AFFA ilə ilk təmasının fevralda olduğunu xatırladıb: "Sonra pandemiya başladı və hər şey dayandı. İndi yenidən rahat nəfəs ala bildik və razılıq əldə etdik. Müqavilənin müddəti 1.5 illikdir - 2021-ci ilin sonuna qədər. Avqustun əvvəlində orada olacağam.  Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çox istəyərdim. Amma koronavirus hamımızı dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C Liqasında ilk oyunumuzu Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var". 

De Byazi Bakı haqqında da danışıb. O, paytaxtın çox gözəl şəhər olduğunu və bir neçə dəfə buraya gəldiyini sözlərinə əlavə edib: "Buranın gözəlliyi məni səssiz qoyub. Şəhər böyük, aktiv və dinamikdir. 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Bakıda orta əsr divarları arasında gəzərkən gözəllik tapa bilərsiniz, bu, həqiqətən cazibədardır".

İtaliyalı mütəxəssis çox vaxt Bakıda olacağını söyləyib: "Albaniyada olduğu kimi edə bilmərəm. Tiranadan İtaliyaya çox asanlıqla köçdüm. Bakı ilə münasibətlər daha mürəkkəbdir. İstanbula, oradan da Bakıya getmək lazımdır".

Baş məşqçi son olaraq yığmadakı hədəflərdən söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq". 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

00:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

Facebookdan bizi izləməyi unutmayın.
X