Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Tula "Arsenal”ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Kamran start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 8-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu vurub. O, rəqib qapısına 30-cu dəqiqədə yol tapıb.
Matçdan sonra Əliyev oyunun ən yaxşısı seçilib.
5 tura 2 xal yığan "Ximki” 16 iştirakçı arasında 15-ci pillədə mövqe tutub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol