UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki, h
ər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
4 sentyabr
Azərbaycan milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Lüksemburq milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransı və açıq məşqlərdə Azərbaycan – Lüksemburq oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər. COVİD-19 pandemiyası ilə əlaqədar mətbuat konfransında və məşq zamanı KİV nümayəndələri mütləq qaydada fərdi qoruyucu vasitədən (maska) istifadə etməli və sosial məsafə tələblərinə riayət olunmalıdır.
Akkreditasiya vəsiqələri ilə bağlı 3 sentyabr 2020-ci il tarixində AFFA tərəfindən məlumat veriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol