"Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".
Fanat.Az xəbəer verir ki, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Bosniyalı mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti çətinləşdirə bilər: "Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin hələlik riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub. Hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq".
Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. (Report.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol