19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan yığmasının da rəqibləri bəlli olub.
Millimiz əsas mərhələdən mübarizəyə başlayacaq. Bu raundun oyunları 2022-ci il martın 15-20-də keçiriləcək.
Ağatahir Əzimovun komandası G qrupunda yer alıb. Komandamız Xorvatiya, Belarus, Latviya ilə görüşəcək. Bu qrupun oyunları Xorvatiyada baş tutacaq.