Ötən gün AFFA-nın rəsmi saytı millimizin və "Legiya"nın (Polşa) hücumçusu Mahir Emrelinin koronavirusa yoluxduğuna dair xəbər yayımlayıb.
Fanat.Az xəbər vevrir ki, gün ərzində 24 yaşlı futbolçu daha 2 dəfə test verib və ikinci ilə üçüncü testinin cavabı mənfi çıxıb.
Polşanın "Legia.net" saytının yaydığı məlumata görə, Emreli karantinə alınmayacaq və bazar günü "Lex Poznan"a qarşı keçiriləcək oyunun hazırlığı üçün komandasına qoşulacaq.
Qeyd edək ki, "Legiya" Poşla Ekstraklasasında 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli testin ilk cavabının müsbət çıxdığına görə millimizin Serbiya ilə (1:3) matçını buraxmalı olub.
Emin Şəmsiyev