Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi dünya çempionatının iki ildən bir keçirilmə ideyasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Extra Time" nəşrinə danışan italiyalı mütəxəssis deyib:
"Bu ideyanın tamaşaçı baxımından nə qədər faydalı olacağını deyə bilmərəm. Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm".
Qeyd edək ki, FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger bütün milli komandaların baş məşqçiləri ilə dünya çempionatının iki ildən bir keçirilmə ideyasının müzakirə olunacağını açıqlanmışdı.