"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli Bakıda Lüksemburqa qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
24 yaşlı hücumçu bildirib ki, yığmada uzun müddət qol vurmaması onu narahat edir: "Amma bu, mənim istəyimdən asılı deyil. Qol vurmağı hamıdan çox özüm arzulayıram. Sabah tilsimi qıracağıma inanıram".
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda reallaşacaq Azərbaycan - Lüksemburq görüşü saat 21:00-da başlayacaq.