
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz Lüksemburqda keçiriləcək oyunda İspaniya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 21:00-da qarşılaşmanı İngiltərədən olan hakim Devit Kut idarə edəcək. Ona həmyerlisi Nik Hopton, həmçinin, Lüksemburqdan olan Dani Dias Balsa yardım edəcək. Dördüncü hakim funksiyasını da yerli Sedrik Biyever yerinə yetirəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu U-19 qrupdakı ilk matçında Belçikaya 1:5 hesabı ilə uduzub.