23:29 14.11.2021 592

De Byazi heç-heçəni belə şərh etdi

"Bu gün də qalib gələ bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çox sayda qol imkanlarımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, udmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Aramızda yaxşı əlaqə var. Bundan da çox inkişaf edə bilərik".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qətər yığması ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliya mütəxəssisin sözlərinə görə, nəticə çox da önəmli deyildi: "Amma bizim üçün yaxşı sınaq oldu. Meydanda sonadək mübarizə apardıq. Təəssüf ki, səhv bizə baha başa gəldi. Buna baxmayaraq, təslim olmadıq və yaxşı reaksiya verdik. Qalib də gələ bilərdik. Futbolda bu cür qara oyunlar olur".

65 yaşlı baş məşqçi bildirib ki, mən hər şeyi sona çatdırmağa öyrəşmişəm: "Artıq ideyalarım var. Nə edəcəyimi bilirəm. Hər şeyə federasiya qərar verəcək. Mən olsam da, olmasam da, bu layihənin üzərində işləmək lazımdır. Bunu daha əvvəl İtaliya yığması da edib. Böyük komandalardan nə isə öyrənmək lazımdır. Görürəm, taleyimlə bağlı çox səbirsizlənirsiniz. Qoy qərar versinlər, ölkəniz haqqında nə dediiymə "Google"da yazıb baxarsınız (gülür)".

De Byazi azarkeşləri müsbət nəticələrlə sevindirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Gözləntilər böyük olanda təzyiq də güclü olur. Tərəfdarları başa düşürəm. Amma artıq yığmanın bazası qurulur. Cəlal Hüseynov bu gün debüt etdi. Bizə xeyir verə bilər. Bəhlul Mustafazadəni, Emin Mahmudovu, Qara Qarayevi qeyd edərdim. Emin möhtəşəm oynadı. Bilmirəm, onu daha əvvəl belə görmüşdünüzmü? Gənc komandamız var. Hamısından razı qaldım və onlara təşəkkürümü bildirdim".

Təcrübəli mütəxəssis Emin Mahmudovun İtaliya A Seriyasında rahat oynaya biləcəyini vurğulayıb: "Dünən maşında onunla bu barədə danışdıq. Ola bilər ki, yaşı çoxdur, amma hamıdan çox qaçır. Maksim Medvedevi də qeyd etmək istərdim. Meydanda olanda ürəyini qoyur".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 May 2024
12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:30

Minifutbol: Millimiz Monteneqroda son sınağına çıxır

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

09:00

ÇL: PSJ-nin Almaniya sınağı - YENİLƏNİR

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

19:00

II Liqa: "Füzuli" büdrədi, "Baku Sportinq" fərqi artırdı

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

13:57

"Lester"dən tarixi rekord - "Mançester Siti"ni geridə qoydular

13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

Facebookdan bizi izləməyi unutmayın.
X