Azərbaycan millisinin və Portuqaliya "Tondela"sının üzvü Renat Dadaşov klubunda fərqlənib.
Fanat.Az xəbər verir ki, ötən gecə kubokda "Rio Ave" ilə 1/4 final matçında əlavə olunmuş dəqiqələrdə vurduğu qolla komandasını yarımfinala daşıyan hücumçu matçın qəhrəmanı olub.
"Tondela"nın saytı onu "gizli silah" adlandırıb:
"Bu, əsl "gizli silah" idi. 95-ci dəqiqədə meydana daxil olan Dadaşov 96-cı dəqiqədə artıq "Tondela" azarkeşlərini sevincə qərq etdi.
Azərbaycanlı hücumçu topa ilk toxunuşda qol vurub. Vila do Kondedəki görüşün taleyini həll edən Renat ilk dəfə Portuqaliya kubokunun yarımfinalına yüksəlməsindən məmnunluğunu gizlədə bilməyib:
“Əvvəldən bilirdik ki, çətin oyun olacaq. Amma biz səbirli idik və xoşbəxtlikdən topa ilk toxunanda qol vurdum. Futbol budur. Komanda yoldaşlarıma təşəkkür edirəm, çünki onlar olmasaydı, bu qolu vurmazdım. Biz bir komandayıq, bir ailəyik və indi yarımfinaldayıq”.
Finalda olmaq arzusuna gəlincə, Dadaşov bu cür cavab verib: "İndi daha iki oyunumuz olacaq, biri evdə, biri səfərdə. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik, necə alınacağını zaman göstərəcək".
Mirağa