Polşanın "Legiya" klubuna qayıtmaq istəməyən Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Super Liqa təmsilçisi "Başakşehir"lə anlaşıb.
İstanbul klubunun baş məşqçisi Emre Belözoğlu ilə də görüşən Mahir qarşı tərəflə şifahi razılığa gəlib.
Hazırda "Başakşehir" "Legiya" ilə danışıqları davam etdirir. Sonradan hər hansı hüquqi problem yaşamamaq üçün Türkiyə təmsilçisi polşalılarla təzminat məsələsini yoluna qoymağı hədəfləyib.
Qeyd edək ki, Super Liqanın geridə qalan 20 turunda 34 xal yığan "Başakşehir" turnir cədvəlində 3-cü pillədə mövqe tutub.