Futbol üzrə Portuqaliya çempionatında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Santa Klara” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 18 turdan sonra 17 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.