Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsi ərəfəsində son yoldaşlıq görüşündə Belçikaya məğlub (3:5) olub.
Fanat.Az oyunda vurulmuş qolların videogörüntüsünü təqdim edir.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2022-nin D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevral aralığında gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.