
Futzal üzrə Avropa çempionatının final mərhələsində sabah keçiriləcək İspaniya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimizin oyunu Portuqaliya, Macarıstan və Serbiyadan olan hakimlər briqadasına tapşırılıb:
İspaniya – Azərbaycan
26 yanvar. Qroningen, Martini Plaza. Saat 23:30
Hakimlər: Migel Kastilyu (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radoyçiç (Serbiya)
Timekeeper: Qriqori Oşomkov (Estoniya)
Qeyd edək ki, Azərbaycan futzalçıları indiyə qədər İspaniya ilə 5 oyunda üz-üzə gəlib ki, onlardan 3-ü rəsmi, 2-si yoldaşlıq matçıdır.
22.10.2002. YO. İspaniya – Azərbaycan – 4:3
23.10.2002. YO. İspaniya – Azərbaycan – 6:1
27.02.2011. AÇSO. Azərbaycan – İspaniya – 3:8 /Azərbaycan/
15.09.2016. DÇ. Azərbaycan – İspaniya – 2:4 /Kolumbiya/
04.02.2018. AÇ. Azərbaycan – İspaniya – 0:1 /Sloveniya/