Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun planlarına daxil deyil.
Fanat.az xəbər verir ki, bu iddia ilə "İndex.hr" saytı çıxış edib.
Nəşrin iddiasına görə, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişərək transferdən imtina edib.
"Dinamo" Emrelini təzminat ödəmədən heyətinə qatmağı planlaşdırırmış. Xorvatlar İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.
Qeyd edək ki, bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.
Mirağa