
Türkiyənin "Başakşehir" klubu Mahir Emrelinin transferi üçün "Legiya" ilə danışıqları davam etdirir.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, öncə Varşava təmsilçisinə 750 min avroluq təklif göndərən Super Liqa təmsilçisi bu məbləği bir qədər artırıb.
Polşa klubu Azərbaycan millisinin hücumçusunu 1 milyon avrodan aşağı qiymətə buraxmaq istəməsə də, istanbullular hazırda 800 min avro üzərində dayanıb.
Tərəflər ortaq məxrəcə gəlsələr, keçid yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Varşava təmsilçisinin avtobusuna azarkeşlərin hücumu zamanı başından xəsarət alan və bu məqamı əsas gətirərək "Legiya"nın təlim-məşq toplanışına qatılmayan Emreli "Başakşehir"lə şifahi razılığa gəlib.
Emin