21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin komandası - Ukrayna "Aleksandriya"sı bu gün Türkiyə toplanışı çərçivəsində iki yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv öncə Qazaxıstanın "Kaspi Aktau" klubu ilə 1:1 hesablı heç-heçə edib, ardından Danimarka "Vayle"sini yenib - 3:0.
Hər iki görüşün ikinci hissəsində meydana çıxan Mustafayev qələbə qazandıqları qarşılaşmada son nöqtəni qoyub. O, cərimə zərbəsindən uğurla faydalanaraq hesabı darmadağın həddinə çatdırıb.