Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" sabah Xorvatiya çempionatında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, kokandanın baş məşqçisi Jelko Kopiç "Draqavolyats"la oyun öncəsi ənənəvi mətbuat konfransında Mahir Emreli barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis Mahirin durumu ilə bağlı bunları deyib:
"Emrelinin vəziyyəti uzun müddət məşq keçməyən, rəqabətdən kənarda qalan digər oyunçularla eynidir. Belə futbolçulara vaxt lazımdır.
Mahir lazım olan səviyyəyə çatacaq, amma bunun nə vaxt olacağını demək mənim üçün çətindir. Bununla bağlı bir çox amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və s. "Dinamo"ya gəlib, dərhal özünü göstərmək asan deyil. Xüsusilə də formada deyilsənsə və komanda ilə hazırlıq keçməmisənsə. Mahirin keyfiyyətli oyunçu olduğuna və bunu meydanda göstərəcəyinə inanıram".