
Polşa Ekstraklasasında növbəti - 28-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi Plotsk "Visla"sı da növbəti matçına çıxıb.
Plotsk təmsilçisi səfərdə minimal hesablı qələbə qazanıb - 2:1.
Anton sözügedən qarşılaşmada iştirak etməyib. Müdafiəçinin adı matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, 28 turdan sonra "Visla" 42 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Mirağa