Futbol üzrə Azərbaycan milli komandası noyabrın 16-da yoxlama oyunu çərçivəsində Moldova yığmasını 2:1 hesabı ilə məğlub edib.
Kişinyovun “Zimbru” stadionunda keçirilən görüşdə azərbaycanlı azarkeşlər millimizi yalnız buraxmayıb.
Bu barədə Fanat.Az-a Moldova Azərbaycanlıları Konqresinin sədri Ramil Adıgözəlov məlumat verib.
"Konqresin 30 üzvü yığmamızı hava limanında qarşıladı. Futbolçularımız da onlarla görüşməyə gələn insanlara mehribanlıqla yanaşdılar. Onlarla söhbət edib xatirə şəkilləri çəkdirdilər.
Oyuna 100 bilet sifariş etmişdik. Ancaq elə ajiotaj oldu ki, əlavə 150 bilet də götürdük. Yekunda 250 həmyerlimiz oyunu izləməyə gəldi. Matçın sonunda yığmamızın futbolçuları fanatlara yaxınlaşıb təşəkkür edib formalarını onlara hədiyyə etdilər.
Mən Kişinyovda pub işlədirəm. Divarlarında dünyaca tanınmış və moldovalı futbolçuların futbolkaları asılıdır. Ancaq indi məkanımızın divarında Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev və Bədavi Hüseynovun da formaları yer alacaq".
Röya Kərimli