Azərbaycanın minifutbol millisi bu gün dünya çempionatında yarımfinal oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikdə təşkil edilən mundialda tarix yazmağa davam edən Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Oyuna saat 20:30-da start veriləcək.
Qeyd edək ki, bu gün keçiriləcək digər yarımfinal cütündə Rumıniya və Macarıstan milli komandaları üz-üzə gələcəklər. Oyun 19:00-da başlayacaq.
DÇ-2023
Yarımfinal
3 noyabr
20:30 Azərbaycan - Qazaxıstan
BƏƏ. Ras Əl-Xayma