20:18 25.07.2022 669

Nazir beynəlxalq federasiya rəhbərləri ilə görüşdü

Gənclər və idman naziri beynəlxalq minifutbol federasiyalarının rəhbərləri ilə görüşüb

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

İyulun 25-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse- prezidenti Peter Kralik ilə görüşüb.

Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, federasiyanın prezidenti Taleh Nəsibov və vitse-prezidenti Azər Hüseynov və baş katibi Orxan Hüseynovun da iştirak etdikləri görüşdə ölkəmizdə minifutbol idman növünün yüksəlişindən söhbət açılıb. Bildirilib ki, Azərbaycanın minifutbol yığması Avropa çempionu olmaqla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb.

Gənclər və idman naziri Fərid Qayıbov qonaqlara Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Beynəlxalq minifutbol federasiyalarının səfər proqramının Azərbaycan futbolçularına faydalı olacağına əminliyini bildirən nazir qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, bundan sonra minifutbol idman növündə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verəcək. Milli komandamızın Avropa çempionluğunun qazanılmasınadək keçən inkişaf yolundan, minifutbolun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Fərid Qayıbov minifutbolçularımızın gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəklərinə inandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda minifutbol idman növünün inkişafının onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin minifutbol idman növünə göstərdiyi diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır. Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsinə də toxunan federasiya rəhbərləri vurğulayıblar ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

21:05

"Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır

20:56

Rodri "Barselona"da - RƏSMİ

20:47

Qavi karyerasını İngiltərədə davam etdirəcək?

20:12

Amar Dediç rəsmən "Nyukasl Yunayted"də

19:49

"Neftçi" Turan Hacızadə ilə müqavilənin müddətini uzadıb

19:02

Draqolyub Saviç "Neftçi"də - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X