Bu yaxınlarda MMA tarixinin ən çox qazanan döyüşçüsü Konor Makqreqor "Tecnomar Lamborghini 63" yaxtası aldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yaxtanın qiyməti 3 milyon dollardır.
"Tecnomar Lamborghini 63" "The Italian Sea Group" tərəfindən "Lamborghini" markası ilə ortaq şəkildə dizayn edilmiş sürətli, ultrayüngül yaxtadır. 63 rəqəmi 1963-cü ilə aiddir. Məhz o zaman Ferruçço Lamborcini lüks idman avtomobilləri şirkəti qurmuşdu.
Yaxtanın xarici görünüşü 1960-cı və 1970-ci illərdə "Lamborghini Miura" və "Countach" modellərindən ilhamlanıb.
Yaxtanın digər özəl xüsusiyyətlərinə aşağı mərtəbədəki yataq otağı daxildir.
Emin