Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.
O, ilk cəhdində 42,950 xala layiq görülüb. İkinci cəhddə göstəricisini 53,750-yə çatdıran Azərbaycan təmsilçisi 16 iştirakçı arasında ilk "səkkizliy"ə düşə bilməyərək mübarizəni dayandırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.