10:15 17.07.2021 1047

Göz qırpımında keçilən "Çin səddi", düşərsiz rekord, 13 illik həsrət

Tokio-2020 Yay Olimpiya Oyunlarının startına 6 gün qalır. Xəbər verdiyimiz kimi, avqustun 8-dək baş tutacaq 32-ci zirvə yarışına ölkəmiz 40 lisenziya qazanıb.

Lisenziyaların sayı əvvəlki iki Oyunlara  - London-2012 və Rio-2016-ya nisbətdə az olsa da, əsas medal ümidlərimizdən hesab olunan cüdoçularımız Olimpiadaya tarixdə ən geniş heyətlə(7 kişi - Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşanqi Kokauri və 2 qadın - Aişə Qurbanlı, İrina Kindzerska) qatılacaq.  Kişilərdən ibarət komandamız ilk dəfə cüdonun vətənində bütün çəki dərəcələrində təmsil olunacaq.

Bəs açılış mərasiminin ertəsi günündən mübarizəyə qoşulacaq cüdo millimiz müstəqil ölkə kimi qatıldığımız əvvəlki 6 Olimpiya Oyunlarında hansı nəticələrlə yadda qalıb?

Atlanta-1996
 


ABŞ-ın tarixdə üçüncü dəfə ev sahibliyi etdiyi, bizim isə müstəqil ölkə olaraq debüt etdiyimiz Oyunlarda 23 nəfərdən ibarət Olimpiya komandamızın heyətində 2 cüdoçu - Nazim Hüseynov və Zülfiyyə Hüseynova mükafatlar uğrunda mübarizə aparıb. 4 il əvvəl Barselonada baş tutan Olimpiadada MDB ölkələrindən ibarət Birləşmiş Komandanın tərkibində çempion olan Hüseynov, ikinci mərhələdə Meksika təmsilçisinə uduzaraq yarışla erkən vidalaşıb. Zülfiyyə Hüseynova isə medalın iki addımlığında büdrəyərək, yeddinci olub.

Sidney-2000 
 


Güləşçi Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinovanın qızıl, boksçu Vüqar Ələkbərovun bürünc medalları ilə idman tariximizin parlaq səhifəsi kimi daim xatırlanan bu Olimpiadada 3 cüdoçumuz(2 kişi - Elçin İsmayılov, Mehman Əzizov və 1 qadın - Zülfiyyə Hüseynova) da yarışıb. Əzizov ilk mərhələdəcə uduzubsa, digər iki təmsilçimiz yeddinci nəticə göstərib.

Afina-2004

 

Cüdo yığmamız Olimpiya Oyunlarının vətənində keçirilən zirvə yarışına da dörd il əvvəl olduğu kimi, 3 nəfərlə qatılıb. Burada iki cüdoçumuz artıq medal uğrunda həlledici görüşədək irəliləsə də, sonda sevinən tərəf rəqiblər olub.  81 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Mehman Əzizov "bürünc" uğrunda qarşılaşmada rusiyalı Dmitri Nosova, Mövlud Mirəliyev(100 kq) isə almaniyalı Mixael Yuraka uduzaraq beşinci yeri tutub. Elçin İsmayılov ilk mərhələdə yarışla vidalaşıb.
 
Pekin-2008
 


Pekin Elm və Texnologiya Universitetinin idman salonunda keçirilən yarış ərzində Azərbaycan bayrağı iki dəfə dalğalandırılıb. Finaladək bütün rəqiblərini "ippon" xalı ilə məğlubiyyətə uğradan Elnur Məmmədli(73 kq), həlledici döyüşdə cənubi koreyalı dünya çempionu Vanq Ki-Çunu cəmi 13 saniyəyə yenərək Olimpiya komandamıza Oyunların yeganə qızıl medalını qazandırıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Mövlud Mirəliyev isə yarımfinalda monqolustanlı Tuvşinbayar Naydana uduzsa da, polşalı Prjemişlav Matyaşekdən üstün olaraq Olimpiadanı bürünc medalla başa vurub.  

London-2012
 
 

Cüdoçularımızın Tokioyaqədərki rekordu(8 nəfər - 6 kişi, 2 qadın) ilə əlamətdar olan yubiley Olimpiadada medal qazanılmayıb.  Yalnız iki təmsilçimiz yeddinciliklə yadda qalıb - Tərlan Kərimov(66 kq) və Elmar Qasımov(100 kq). Olimpiya çempionu Elnur Məmmədli isə ilk mərhələdəcə kanadalı Antuan Valuye-Fortyeye uduzub.

Rio-2016
 


Azərbaycan üçün rekord sayda - 18 medalla yadda qalan son Olimpiadada 6 cüdoçumuz qələbə uğrunda mübarizə aparıb. Rüstəm Orucov və Elmar Qasımov yalnız finalda məğlub olaraq, Olimpiya Oyunlarının gümüş medalını qazanıblar. Digər təmsilçilərimizdən ən yaxşı nəticəni 60 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov göstərib - beşinci yer.

Göründüyü kimi, cüdo millimizin aktivində artıq 13 ildir ki, Olimpiadanın qızıl medalı yoxdur.

Həmçinin, indiyədək iki Olimpiya medalı qazanan cüdoçumuz olmayıb. İndiki halda buna yeganə namizəd Tokio-2020-də 73 kiloqram çəki dərəcəsində çıxış edəcək Rüstəm Orucovdur.
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X