01:02 26.07.2021 1433

Tokio 2020: Bayraqdarlarımız mübarizəyə qoşulur

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.az xəbər verir ki, bu gün 5 təmsilçimiz mübarizə aparacaq.

Triatlon

Kişi triatlonçular arasında mükafatçıların adına aydınlıq gələcək. 56 nəfərin iştirak etməsi gözlənilən yarışda ölkəmiz Rostislav Pevtsovla təmsil olunacaq.

Mübarizə Bakı vaxtı ilə 01:30-da başlayır.

Qılıncoynatma

Gün ərzində sablya növündə qadınlar arasında medalçılar müəyyənləşəcək.

Azərbaycanı burada Anna Başta təmsil edir.

Rusiya bayrağı altında 2015-ci ildə keçirilən Universiadanın qalibi və Avropa çempionatının komanda yarışının gümüş mükafatçısı olan 25 yaşlı sablyaçı, mübarizəyə 1/16 finaldan qoşulacaq. Onu burada dünya çempionu Anna-Elizabet Ston ilə çətin görüş gözləyir.

Yarışlara 04:00-da start veriləcək. Olimpiya komandamızın üzvünün ilk görüşü təxminən 04:55-də start götürəcək.

Cüdo

Gün ərzində kişilərin 73, qadınların 57 kiloqram çəki dərəcəsində mükafatlar sahiblərini tapacaq.

Ölkəmiz yalnız kişilərin yarışında təmsil olunur.

Azərbaycanın Tokio 2020-dəki bayraqdarı Rüstəm Orucov 1/16 finalda rusiyalı Musa Moquşkovla üz-üzə gələcək. Yarış iştirakçılarının reytinqində "1 nömrə" olan Olimpiya mükafatçımız ilk təsnifat mərhələsi başa çatdıqdan dərhal sonra tatamiyə çıxacaq.

Yarışlar 06:00-da başlayır. Final seansına 12:00-da start veriləcək.

Taekvondo

Yarışların üçüncü günündə qadınların 67, kişilərin 80 kiloqram çəki dərəcələrində mükafata layiq yerlərin sahibləri müəyyənləşəcək.

Tokio 2020-nin taekvondo yarışlarına vəsiqə qazanan hər iki idmançımız bu gün dayanq üzərinə çıxacaq.

Olimpiadadakı qadın bayraqdarımız Fəridə Əzizova mübarizəyə 1/8 finaldan başlayır. 26 yaşlı dünya və Avropa mükafatçımız, London 2012-nin bürünc medalçısı Peyc Makferson(ABŞ) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Milad Beiqi Harçeqani də ilk döyüşünü 1/8 final mərhələsində keçirəcək. Tokio 2020 Olimpiya dövründə baş tutan hər iki dünya çempionatının qalibi olan 30 yaşlı taekvondoçumuz Çin Taypeyi təmsilçisi Vey-Tinq Liu ilə qarşılaşacaq.

Yarışlara 05:00-da start verilir. Əzizova günün üçüncü, Harçeqani isə onuncu döyüşündə dayanq üzərinə çıxacaq.

Stend atıcılığı

Skit növü üzrə iyulun 25-də keçirilən ilk təsnifat mərhələsini 30 iştirakçı arasında 24-cü yerdə başa vuran Emin Cəfərov, ikinci təsnifat günündə növbəti atışlarını həyata keçirəcək.

Mərhələlənin startı 05:00-da veriləcək. İlk "6-lığ"ın yarışacağı həlledici mərhələ 10:50-də başlayacaq.

Qeyd edək ki, ilk iki gündən sonra Azərbaycanın hesabında medal yoxdur.
 
Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X