Böyük britaniyalı atlet Çicindu Ucanın dopinq testi pozitiv çıxıb.
Fanat.Az xəbər verir ki, Tokio 2020-nin 4x100 metr estafet yarışında gümüş medal qazanan 27 yaşlı idmançının orqanizmində qadağan olunmuş ostarin və S-23 maddələri tapılıb.
Atlet müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Sprinterin təqsiri tam sübuta yetirilərsə, onu 4 il sanksiya gözləyir.
Qeyd edək ki, Tokio 2020-yə qatılan atletlərdən mərakeşli Sadik Miku, Gürcüstanı təmsil edən erməni Benik Abrahamyan və keniyalı Mark Odiambonun da dopinq testinin cavabı pozitiv olub.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol