22:57 20.09.2020 358

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib. 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...

- Məğlub olduq, ilk hissəni yaxşı keçirdik, sadəcə ikinci hissə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundur ki, qələbə qazana bilmirsiz.
- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdır. Avropa Liqasının qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Abdullah Zubirin, Xayme Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var belə qrafik olanda da iki qat zərbə vurur. Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə, "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdir.

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?
- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Heyətdə dəyişiklik üçün. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur.

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?
- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəyəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq.(report.az)

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

22 Oktyabr 2020
15:48

Qetji: "Valideynlərimə qulaq asmayacam, amma..."

15:46

Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

15:34

İsrailli futbolçu: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdır"

15:10

Mesut Özilin yeni klubu açıqlandı

14:57

Yoluxanların sayı 800-ü keçdi, 6 nəfər vəfat etdi

14:42

Oleq Krapivin Azərbaycan ordusuna 20 min dollar yardım etdi

14:25

İlham Əliyev: "İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır"

14:18

Jurnalist "Barselona"nın gənc ulduzuna qarşı irqçilik edib

14:08

Ermənistan çempionatının 2 oyunu təxirə salındı

13:53

"Torpaqlarımızın işğalda olması mənə çox pis təsir edirdi" - Rəhim Sadıxov

13:37

Arteta: "Məsutla bağlı qərarı mən vermişəm, vicdanım təmizdi"

13:17

Ordumuzun gecə əməliyyatları: Düşmənin hərbi texnikaları məhv edilir - VİDEO

13:15

Giqqz: "MY azarkeşləri mərkəz hücumçusu arzusuna çatıb"

13:11

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

13:02

MN ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsünü yaydı - VİDEO

12:50

Lukaku avrokuboklarda meydanı qolsuz tərk etmir

12:39

Düşmən cəbhəsində son vəziyyət: Əsgər döyüşdən imtina edir, vətəndaşlar yolu bağlayır

12:23

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

12:10

Elxan Məmmədov: "Qarabağ"ın Türkiyədə oynamasına icazə verilə bilər"

12:03

Vinisius Junior ÇL-də rekord müəyyənləşdirdi

11:56

Millimiz dünya reytinqində Niger və Tailanddan da geri düşdü

11:38

"Makkabi"nin yeni transferləri "Qarabağ"la oyunu buraxacaq

11:29

U-19-da 21 futbolçu

11:24

Millimizə Türkiyədən 3 futbolçu çağırıldı

11:19

Qəbələ Səddam Hüseynin istifadə etdiyi reketlə vurulub - FOTOLAR

11:11

Rza Çalımbay: "Qarabağ"la harada oynamağımızın fərqi yoxdur, biz qardaşıq"

10:56

Makreqor Nurməhəmmədova hidrotsikllə "hücum etdi" - FOTO

10:33

Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi - FOTO/VİDEO

10:31

Həbiblə Qetji arasında baxış dueli reallaşdı - FOTO

10:24

Azərbaycan “İti qovan” PUA-larının seriyalı istehsalına başladı - FOTOLAR

10:19

Hikmət Hacıyevdən sonuncu raket hücumu barədə açıqlama

10:02

Avropa Liqası: Qrup mərhələsinin oyunları başlayır

09:46

Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

09:31

"Qarabağ" "Makkabi"yə qarşı - YENİLƏNİR

09:17

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

09:00

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

01:14

Çempionlar Liqasında I tura yekun vuruldu

00:50

"Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik" - Qurban Qurbanov

00:08

"Makkabi"nin baş məşqçisi: "Qarabağ"ı məğlub etməliyik"

21 Oktyabr 2020
18:40

"Mançester Yunayted"in müdafiəçisi səfərə niyə aparılmayıb?

17:46

Polşalı məşqçi: "Azərbaycanla oyunda özümüzü döyüşdəki kimi hiss edəcəyik"

17:24

Son tur rəqəmlərin gözü ilə

17:01

SOCAR Gürcüstanda idman sarayı inşa etdirir - FOTOLAR

16:41

Erməni generalı Qarabağdan qaçırdılar: Reanimasiyaya yerləşdirdilər

16:26

Daha 3 Ermənistan PUA-sı məhv edildi

16:23

Elxan Məmmədov: "Bizim işimiz çətinləşib"

16:21

Azərbaycan klubu avrokubok matçını Serbiyada keçirəcək

16:06

"Qarabağ" Təl-Əvivdədir

15:47

Messidən yeni rekord

15:29

“Oyunun gedişində atışma başlayırdı, çəkilib kənarda gözləyirdik” – Tərlan Əhmədov

15:07

Azərbaycanda yoluxma sayı 700-ü keçdi: 7 nəfər vəfat etdi

14:58

Çendler: "Həbibi necə yenməyin reseptini bilirəm"

14:54

Mecnun Otyakmaz: "Sivasspor"un gücü "Qarabağ" və "Makkabi" ilə eynidi"

14:42

Düşmənin döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - FOTO/VİDEO

14:29

Arsen Venger "Mançester Yunayted"dən təklif alıb - ÖZÜ DEDİ

14:14

İlqar Rəhimov Yaponiyanın səfiri ilə görüşdü

14:04

"Simurq"un sabiq çalışdırıcısının yeni iş yeri açıqlandı

13:56

Rıza Çalımbay: "Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq"

13:44

Türk futbolçudan rekord: 3 onillikdə ÇL-də...

13:23

Əmir Ağayev: "Qarabağ" "Makkabi"ni məğlub edə bilər"

13:09

Ermənistanın növbəti PUA-sı məhv edilib

12:51

Uayt Həbibin arzuladığı döyüşü reallaşdıracaqmı? - ÖZÜ DEDİ

12:48

Niderland millisinin sabiq üzvü Azərbaycandan imtina etdi

12:46

Millimizin oyununun vaxtı açıqlandı

12:22

"Yenə bizi Azərbaycandan kənara atdılar" - Qurban Qurbanov

12:02

Azərbaycan Qran-prisinin tarixi bilindi

11:45

Ermənistanın daha 4 zabiti məhv edildi - Biri hərbi hissə komandiridir

11:32

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

11:29

Həbib Qetjidən sonra döyüşmək istədiyi rəqibin adını açıqladı

11:25

İşğaldan azad olunan daha bir kəndin görüntüləri - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.