Azərbaycanın bir sıra titullu güləşçiləri 20-22 dekabrda keçiriləcək böyüklər arasında Azərbaycan çempionatında iştirak etməyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq), sərbəst güləşçilərdən isə Zirəddin Bayramov, Hacı Əliyev (hər ikisi 65 kq), Turan Bayramov (74 kq) və Əşrəf Aşırov (79 kq) ölkə çempionatına qatılmayacaq.
Adıçəkilən pəhləvanlardan Turan və Əşrəf hazırda hərbi xidmətdə olduğundan, digər güləşçilər zədədən sonra bərpa prosesi keçdiyi üçün yarışı buraxacaq.