12:38 05.12.2022 2195

"Rauf Tərlan Əhmədovla danışmağımı istəmədi" - Əfran İsmayılov

"Kəpəz"in yarımmüdafiəçisi Əfran İsmayılovun Fanat.Az-a müsahibəsi

- Oyunla bağlı fikirlərini öyrənmək istəyirik. 
- Çox zəif oynadıq. Bu gün bizim günümüz deyildi. "Sumqayıt"ın "Qəbələ" ilə oyununa baxmışdıq. Bizə qarşı xüsusi motivasiya ilə mübarizə aparacaqlarını bilirdik. Çünki kubokda onları mübarizədən kənarlaşdırmışdıq. Bizim üçün 6 xallıq oyun idi. Qalib gəlsəydik, "Səbail"lə "Şamaxı"nı geridə qoyaraq 7-ci yerə yüksələcək, "Turan Tovuz"la xal fərqini də əlçatana qədər azaldacaqdıq. Təəssüf ki, bunu bacarmadıq. Zəif çıxış etməyimizin nədən irəli gəldiyini bilmirəm. Bunu baş məşqçimiz bilər. Yəqin ki, analiz edib bunu bizə deyəcək. 

- Qolu rəqib azlıqda qaldıqdan sonra buraxdınız...
- Bəlkə də bir anlıq arxayınlaşdıq. Düşündük ki, matçın sonuna az qalsa da, irəli atılıb qol vura bilərik. Belədə diqqətsizliyə yol verib qapımızda qol gördük. Ümumiyyətlə, hələ "Şamaxı" ilə oyundan sonra baş məşqçi irad bildirmişdi ki, standart vəziyyətlərdə zəifik, "duran toplar"dan qol buraxırıq. Yenə eyni səhvdən qol buraxdıq. Bilmirəm buna diqqətsizlik deyib, məsuliyyətsizlik deyim...

- Yəqin ki, mövsümün ilk yarısını elə olduğunuz mövqedə - 9-cu yerdə başa vuracaqsınız. 
- Premyer Liqada bizi "Sabah" və "Zirə" ilə çətin oyunlar gözləyir. Düzdür, döyüşəcəyik. Amma əsas diqqətimizi kubok oyununa yönəldəcəyik. Qış fasiləsinə kimi bizi "Turan Tovuz"la 1/4 finalda iki oyun gözləyir. Kubok məqsədə çatmaq üçün ən qısa yoldur. Bacardığımız qədər irəli getməyə çalışacağıq. "Turan Tovuz"la "Kəpəz" eyni səviyyədə, bir-birinə uyğun komandalardır. Rəqib də iddialıdır, yaxşı baş məşqçiləri var. Çətin oyun olacaq, ancaq çalışacağıq ki, daha irəli gedək. Belədə iddiamızı ortaya qoymuş olacağıq.    

- Səncə, qış fasiləsində komandada çox dəyişiklik olmalıdır?
- Yəqin razılaşarsız ki, artıq futbol oynamağı bacarırıq. Tərlan Əhmədovun gəlişindən sonra yaxşı oyunlarımız olub. Müsbətə doğru dəyişikliklər var. Amma təbii ki, güclənməyə ehtiyac var. Axsayan mövqelərimiz var. Hamımız istəyirik ki, "Kəpəz" adına uyğun yerlərdə olsun. Bunu gəncəli azarkeşlər hamıdan çox haqq edir.

- Mövsümün əvvəlində "Kəpəz"ə bir neçə təcrübəli futbolçu cəlb olunmuşdu ki. onlardan biri də sənsən. Amma komandaya hələ köməyin dəymir. Düşünmürsən ki, qışda komandadan göndərə bilərlər?
-  Təəssüf ki, zədə mənə imkan vermədi. İndi-indi özümə gəlirəm. Artıq sağalmışam. "Şamaxı" ilə oyunda adım protokola salınmışdı. Bu dəfə yarım saat, 40 dəqiqə oynamaq iqtidarında idim, gözləyirdim ki, baş məşqçi şans verəcək. Amma iş elə gətirdi ki... Ayrılmağıma gəlincə, bu barədə söhbət olmayıb. mənə heç nə deməyiblər. Əksinə, dəstək olurlar, qış təlim-məşq toplanışına hazırlaşmağımı bildiriblər. Qarşıdakı fasilə mənə daha çox yarayacaq. Bərpa olunub tam gücümlə "Kəpəz"ə kömək etməyə çalışacağam.

- Baş məşqçi Tərlan Əhmədov "Kəpəz"ə gələr-gəlməz Rauf Əliyevi əsas komandadan uzaqlaşdırdı. Halbuki bir çox klubda onunla bir yerdə oynamısan. Onun bağışlanaraq yenidən əsas komandaya qaytarılması üçün səy göstərmisən?
- Düz deyirsiz, Raufla uşaqlıqdan bir yerdə futbol oynamışıq, qardaş kimiyik. Gəncədə də bir yerdəyik. Sadəcə, mən əsas komandadayam. o, əvəzedicilərdə. Darıxan kimi zəngləşirik, danışıb söhbətləşirik. Hamı onun "Kəpəz-2"-də özünü əsl peşəkar kimi aparmasından danışır, razılıq edirlər. Raufun sayəsində 4-cü yerə yüksəliblər, liderlər 5-6 xallıq fərqləri var, artıq çempionluq barədə fikirləşirlər. Rauf ikinci komandada 9 qol vurub. Komandanı demək olar, doxsan faiz çiynində tək daşıyır. Hazırda əsas komandada Raufun yeri görünür. Hücum xəttində sıxıntımız var. Amma bu, baş məşqçinin qərarıdır. Ona görə Tərlan müəllimlə danışmamışıq. Gizlətmirəm, Raufa təklif etdim ki, baş məşqçi ilə danışım, bəlkə bağışlayar. Ancaq o, bunu etməyimi istəmədi. Çox istərdim ki, yenə bir bir yerdə oynayaq. Buna baxmayaraq, Tərlan müəllimin qərarına hörmətlə yanaşıram.

- Sonda Qətərdə keçirilən dünya çempionatı ilə bağlı təəssüratlarını öyrənmək maraqlı olar. Favoritin kimdir?
- Bəziləri bu fikirlərimlə razılaşmır, amma fikrimcə, mundial çox maraqlı keçir. Sürprizlərə şahid oluruq, oyunlar məhsuldar alınır. Gördüyümüz qədərilə tribunalar dolu olur. O ki qaldı favoritimə, mən Braziliya deyirəm. Bu komandaya azarkeşlik edirəm. Amma çox istəyirəm ki, bu dəfə Portuqaliya çempion olsun. Niyə? Ronalduya görə. Karyerasının sonunda ona qarşı çox haqsızlıq edirlər. İstəyirəm ki, dünya kubokunu başı üzərinə qaldırıb tənqidçilərini susdursun. Ronaldu hələ bir neçə il də yüksək səviyyədə futbol oynaya bilər. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

Facebookdan bizi izləməyi unutmayın.
X