“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubundan ayrıla bilər.
Fanat.Az “peuple-vert.fr”ya istinadən xəbər verir ki, seneqallı hücumçu mövsümün əvvəlində keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmayıb.
Baş məşqçi Loren Battlzın tələbi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaqda israrlıdır.
Qeyd edək ki, “Qarabağ” Vadjini bu ilin avqustunda “Sent-Etyen”ə satıb. Komandası ilə 3 illik müqavilə imzalayan 27 yaşlı hücumçu indiki komandasında 10 oyunda 3 qol vurub.