DÇ-2022-nin 1/4 finalında Fransaya uduzaraq (1:2) mundialla vidalaşan İngiltərə millisinin müdafiəçisi Harri Maquayr həmin matçda ədaləti qoruyan referini tənqid edib.
Fanat.Az xəbər verir ki, o, "beIN Sports"a belə danışıb:
"Hakim oyunboyu pis təsir bağışladı. Hamı oyunçuları qınamağa öyrəşib. Bəs hakim? Referi işinin öhdəsindən gəldimi? İlk yarıda Fransa yığmasının lehinə çox qərarlar verdi. Onların 5-6 qayda pozuntusuna da göz yumdu. Bir epizodda rəqibin cərimə meydançasının yaxınlığında Harri Keyni yıxdılar. Əlbəttə, cərimə meydançasından kənarda idi, amma referi görməyə borclu idi. Bizim istifadə edə bilmədiyimiz penalti epizodu zamanı da özünü qətiyyətsiz apardı. Dərhal penalti təyin etmək istəmədi. Halbuki o qayda pozuntusunu görməmək olmaz".
Nihat