"Real Madrid"in və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas DÇ-2022-nin qalibinin hansı komanda olmasını arzuladığını deyib.
Fanat.Az xəbər verir ki, "Diario Sport" onun dediklərini belə çatdırıb:
"Mən istəyərdim ki, mundialı əvvəllər çempion olmayan komandalardan biri - Mərakeş və ya Xorvatiya qazansın. Amma son çempion Fransanın və Argentinanın əla heyəti var. Əla matçlar izləyəcəyimizə ümid edirəm".
Xatırladaq ki, yarımfinalda Mərakeş Fransa, Xorvatiya isə Argentina ilə üz-üzə gələcək.
Nihat