Niderland millisinin heyətində DÇ-2022-yə qatılan "Herenven" klubunun qapıçısı Andris Noppert iş yerini dəyişmək üzrədir.
Fanat.Az "Voetbal International"a istinadən xəbər verir ki, 203 santimetr boya malik qolkiperin xidmətində "Ayaks" maraqlıdır.
Xəbərə görə, sıralarında 3 qolkiper - 39 yaşlı Remko Pasver, 40 yaşlı Marten Stekelenburq və 22 yaşlı Cey Qorter olan Amsterdam təmsilçisi Noppertin "çərçivə"də ciddi rəqabət yaradacağına əmindir. Mənbə Andris transfer ediləndən sonra gənc Qorterin başqa komandaya icarəyə veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Noppert mundialın 1/4 finalında Argentinaya oyunsonrası penaltilərlə uduzan Niderlandın Qətərdə çıxdığı bütün matçlarda "start 11-lik"də yer alıb.
Nihat