Kriştianu Ronaldunun “Mançester Yunayted”lə bağlı rezonans doğuran müsahibənin müəllifi olan jurnalist Pirs Morqan Lionel Messinin DÇ-2022-nin 1/4 finalında Niderlandla matçdakı davranışını şərh edib.
Fanat.Az xəbər verir ki, o, öz "Twitter" səhifəsində belə yazıb.
“Beləliklə, Messi baş hakimi, Niderland millisinin məşqçisini və rəqib oyunçulardan birini təhqir etdi. Düşünürəm ki, Kriştianu Ronaldu özünü Messi kimi aparsaydı, bu, medianın diqqətini daha çox çəkərdi”.
Qeyd edək ki, Portuqaliya 1/4-də Mərakeşə uduzaraq mübarizəni dayandırıb. Afrika təmsilçisi yarımfinalda Fransa yığması ilə qarşılaşacaqlar. Digər yarımfinal cütü isə Xorvatiya və Argentina komandalarından ibarət olub. Dünya çempionatının finalı dekabrın 18-də Qətərdə keçiriləcək.
Mİrağa