Xorvatiya millisinin kapitanı Luka Modriç Argentina ilə matçdakı (0:3) penaltidən danışıb.
Fanat.Az xəbər verir ki, "Sportske Novosti" təcrübəli yarımmüdafiəçinin fikirlərini belə təqdim edib:
“Məni ən çox ilk qol narahat edir. Məncə, penalti yox idi. Hakim bizim xeyrimizə künc zərbəsi təyin etməli idi. O, bunu etmədi, sonra isə qapımıza olmayan penaltini verdi. Bununla da oyunumuz pozdu. Penaltidən əvvəl yaxşı oynayırdıq, oyuna nəzarət edirdik. Daha təhlükəli olmaq üçün hücumda bir az kəskinliyimiz çatışmırdı. Amma Argentinanın qoluna qədər heç bir problemimiz yox idi, penaltiyə qədər bizə problem yaratmadılar. Hesabda geri düşdükdən sonra əsəbləşdik. Tezliklə onlar ikinci qolu vurdular. Bundan sonra oynamaq çətin idi".
Mirağa