Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, çempionatın ilk günündə xalça üzərinə “klassiklər” çıxıb. Onlar 55, 63, 72, 82 və 97 kiloqram çəki dərəcələrində ən yaxşıları müəyyən ediblər.
Rəhim Həsənli 55, Ziya Babaşov 63, Ülvi Qənizadə 72, Tuncay Vəzirzadə 82, Zamir Maqomedov 97 kq-da baş mükafata sahib çıxıblar.
Qeyd edək ki, Ü.Qənizadə bu il böyüklər arasında dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatını qazanıb. O, öz çəki dərəcəsində ili dünya reytinqinin lideri kimi tamamlayıb.