Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, çempionatın dördüncü günündə daha beş çəkidə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Onlar 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq çəki dərəcələrində çempionları müəyyən edəcəklər.