İspaniyanın "Marca" nəşri xüsusi texnologiyanın köməyi ilə dünyanın ən sürətli idmançısını müəyyənləşdirib və onu məşhur yamaykalı atlet Useyn Boltla müqayisə edib.
Fanat.Az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe və "Mançester Siti"nin forvardı Erlinq Holandla yanaşı, basketbolçu Rassel Uestbruk ("Los-Anceles Leykers"), teniisçi Novak Cokoviç, reqbiçi Cona Lomu və amerikan futbolu oyunçusu Tayrik Hillin ("Mayami Dolfins") də 100 metr məsafəyə qaçış sürəti bəlli olub.
Tətbiq edilən modelləşdirmə sayəsində Mbappenin dünyanın ən sürətli idmançısı olduğu üzə çıxıb. DÇ-2022-nin bombardirinin 100 metri 11 saniyəyə qaçdığı bildirilib ki, bu da ulduz forvardın Boltdan 1:02 saniyə geri qaldığı anlamına gəlir. Lomu 11:01 cüzi fərqlə Mbappeyə uduzubsa, Holand (11:06) Cokoviçlə Hilldən zəif nəticə göstərib. Uestbruk iştirakçılar arasında sonuncu yeri tutub.
Nihat