Azərbaycanın tanınmış güləşçiləri Astarada ustad dərsi keçirlər.
Fanat.Az xəbər verir ki, olimpiya çempionu Toğrul Əsgərov, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev, ikiqat dünya ikincisi və üçqat Avropa çempionu Cəbrayıl Həsənov, o cümlədən qadın güləşçilər Türkan Nəsirova ilə Nərgiz Səmədova yeniyetmə və gənc idmançılara dərslər keçirlər.
Ustad dərsi Astara İdman Olimpiya Kompleksində keçirilir.