Azərbaycan şahmatçısı Azər Mirzəyev Kolumbiyanın Kali şəhərində keçirilən turnirdə liderlər qrupunda yer alıb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı qrossmeyster 8-ci turda ev sahibi Esteban Valderama ilə heç-heçə oynayıb.
Beləliklə, xalını 5,5-ə çatdıran Mirzəyev liderlər sırasında qərarlaşıb. Daha dörd şahmatçının eyni sayda xalı var.
Turnirə bu gün yekun vurulacaq.