14:52 11.01.2023 548

"Atletiko" Arda Turanı belə mükafatlandırdı - VİDEO

İki gün əvvəl La Liqanın 16-cı turu çərçivəsində Madriddə baş tutan "Atletiko" - "Barselona (0:1) matçında türkiyəli futbolçu Arda Turan qonaq qismində iştirak edib. 

Fanat.Az xəbər verir ki, Madrid klubunun rəhbərliyi tərəfindən dəvət alan Arda xüsusi mükafata layiq görülüb.

İspaniyada həm "Atletiko"nun, həm də "Barselona"nın şərəfini qorumuş ulduz futbolçu "Instagram" səhifəsində səfər təəssüratları ilə bağlı paylaşım edib: 

"Barselona"ya keçəndən sonra Madridə yalnız səfər oyunları üçün getdim.

"Atletiko" mənim evimdi. Uzaqda olsaq da, heç vaxt ayrılmadıq. Bir gün Madriddən mənə zəng gəldi. Dedilər ki, “Atletiko” məni “Metropolitano”da qəbul edib mükafatlandırmaq istəyir.

Həyat qəribədir...

Mən Madriddən Barselonaya getdim, Madridə "Barselona" ilə oyunda qayıdırdım.

İllər sonra qədəm qoyduğunuz bir yeri gəzməyə başladığınızda xatirələr beyninizdəki barmaq izləri kimidir. Yavaş-yavaş yüksəlir və hər yeni addımda fərqli bir an düşünürsən.

Hava limanına enəndə ilk gördüyüm “Atletiko”nun təyyarəsi oldu. Bütün bu mübarizələr, qalibiyyətlər və məğlubiyyətlər, yaxşı, çətin günlər, bütün xatirələr orada idi. Bir neçə saniyə ərzində o qədər çox hisslər yaşadım ki, gözlərim yaşla doldu...

Madriddə yaşadığım illərdə həmişə yanımda olan Mehmet Çələbi məni qarşıladı. O vaxtdan bəri heç vaxt ayrılmamışıq. Bizi öz mehmanxanasında qonaq etdi, hər şey çox tanış, səmimi idi.

Sevdiyiniz bir şəhərə gəldiyiniz zaman sevdiklərinizi görmək və özünüzü ən xoşbəxt hiss etdiyiniz yerlərdə olmaq istəyirsiniz. Kaş ki, gözəl anlardan daha çox həzz almaq üçün vaxt dayansın.

İlk olaraq, əziz dostum Şef Sandroya məxsus olan "Ten Con Ten" restoranına getdim. Mənim üçün o yerlərdən biridir ki, hər zaman qulağınızda tanış mahnı səslənir. Hətta menyu hələ də yaddaşımdadır.

Uzun, köhnə söhbətlər, qucaqlaşmalar, xoş xatirələr...

Həmin axşam İspaniyadakı səfirimiz cənab Burak Çaparla görüşmək şərəfinə nail oldum. O, çox mehriban, çox kübar idi. Qürur hissi keçirtdim. İllər sonra o, məni öz evimdəki kimi hiss etdirdi".

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Arda Turan (@ardaturan)

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X