Ümumdünya Karate Federasiyası 2023-cü ildə keçiriləcək Premyer Liqa turnirlərinin cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, yarışlar dörd mərhələdən ibarət olacaq.
Birinci mərhələ Misirin paytaxtı Qahirədə (27-29 yanvar), daha sonra Mərakeşin paytaxtı Rabat şəhərində (12-14 may) baş tutacaq. Ardınca idmançılar Yaponiyanın Fukuoka şəhərində (9-11 iyun), son olaraq isə İrlandiyanın paytaxtı Dublində (8-10 sentyabr) çıxış edəcəklər.
Xatırladaq ki, ötən il turnirlərdən biri Bakıda keçirilib.