Paris-2024 XVII Yay Paralimpiya Oyunlarının proqramı açıqlanıb.
Fanat.Az xəbər verir ki, 28 avqustda Fransanın paytaxtı Paris şəhərində Oyunların açılış mərasimi keçiriləcək. Yarışlara avqustun 29-dan start veriləcək.
Paralimpiadada 22 növ üzrə 549 dəst medal sahiblərini tapacaq.
XVII Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi sentyabrın 8-i baş tutacaq.