Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda Amin Yavar Kaviyaninejadla (İran) üz-üzə gələcək.
87 kq-da yer alan idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcək.
Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü Anastasiya Niçitaya (Moldova) qarşı keçirəcək. Elis Manolova (62 kq) isə Kiyoko Miraklın (ABŞ) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.