Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə ilin ilk reytinq turniri keçirilib.
Fanat.Az xəbər verir ki, yarışın yekununa əsaaən, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmaları komanda hesabında üçüncü yeri tutub.
135 xal toplayan sərbəst güləşçilər ABŞ (175) və İrandan (140), “klassiklər” isə 80 xalla İran (195) və Macarıstandan geri qalaraq "üçlüy"ü qapayıblar.
Qadınlardan ibarət komanda isə 13-cü yeri tutub